Uca Yaradanı nə zaman və harada görmək mümkündür?- Tural İrfan yazır

Uca Yaradanı nə zaman və harada görmək mümkündür?- Tural İrfan yazır
09:52
Məşhur kəlam məktəblərindən Əşəri və Maturudilərə görə Uca Yaradanı Qiyamət günü, daha doğrusu Cənnətdə görmək mümkündür. Qeyd edək ki, Hənəfi, Hənbəli, Şafii və müstəqil əqli rəylərdənsə əsasən hədislərə və nəqli dəlillərə arxalanan Maliki, Sələfi məzhəbləri də bu fikirdədir. Lakin Mötəzilə, Cəhmiyyə, İmamiyyə və İbadiyyə etiqadına görə Allah cism olmadığı üçün onu heç zaman görmək mümkün deyil. Zeydi, Cəfəri, İsmaili məzhəbləri də Mötəzilədən təsirləndiyi üçün onlar da röyatullahı inkar edirlər.
Hər iki tərəfin həm nəqli həm də əqli, tutarlı dəlilləri var.
Quranda bu məsələ ilə bağlı konkret ayə yoxdur. Bir neçə ayəni hər iki tərəf dəlil kimi təqdim etsə də qəti olmadığı üçün ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Görünə bilər deyənlər Qiyamət surəsindən "Rəbbinə baxacaqlar" ayəsini və bir neçə hədis dəlil gətirir. Görünə bilməz deyənlər isə Tur dağında Musa peyğəmbərə deyilən: "əsla məni görə bilməzsən" ayəsini təqdim edirlər.
Qeyd edim ki, bu dəlillər fəlsəfi məktəblərin o qədər də inkişaf etmədiyi orta əsrlərin metod və metodologiyasına məxsusdur. Baxmaq görmək demək deyil. Ən əsası da İbn Abbasa görə Rəbbinə baxacaqlar demək, onun nemətlərinə baxacaqlar anlamındadır. Tur dağında Musa peyğəmbərə deyilən isə bu dünyaya aiddir. Yaradan Musaya onu bu dünyada görə bilməyəcəyini bəyan etdi, axirətdə deyil.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada