“Müharibəni Rusiya başladı, amma özü çıxılmaz vəziyyətə düşdü"
Politoloq Taleh Əliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
Müharibəni ilk başlayan tərəf Rusiya oldu, lakin indi elə bu müharibə Rusiyanın özünü çıxılmaz vəziyyətə salıb. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və hazırda Prezidentin nümayəndəsi, keçmiş Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dəfələrlə ictimaiyyət qarşısında bəyan ediblər ki, kollektiv Qərbin əsas məqsədi Rusiyanı dünya xəritəsindən silməkdir. Bu bəyanatlarla yanaşı, onlar bildirirlər ki, kollektiv Qərb Rusiyaya qarşı "strateji çöktürmə" siyasəti həyata keçirir.
Bu gün Avropanın “yaxşı polis”, ABŞ-ın isə “pis polis” rolunu oynaması (və ya əksinə) əslində Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ukrayna ordusunun bir neçə uğurlu hərbi əməliyyat keçirməsinə cavab olaraq Rusiyanın nüvə silahı ilə təhdidlərinə qarşı çəkindirici tədbir kimi qiymətləndirilə bilər. Hazırda Qərb çalışır ki, Rusiya nüvə silahına əl atmadan bu müharibəni dayandırmaq mümkün olsun.
2025-ci il üçün Rusiya dövlət büdcəsi təxminən 300 milyard dollar səviyyəsində nəzərdə tutulub. Onun 130 milyard dolları – yəni 40%-dən çoxu – hərbi xərclərə ayrılıb.