Rusiyada sərnişinlərdən birinin yol polisi maşınını yandırması sosial şəbəkələrin Rusiya seqmentində gündəmə çevrilib. Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk regionu üzrə Baş İdarəsinin mətbuat xidməti hadisənin onların regionunda baş verməsini təsdiqləyib.
Qeyd edilib ki, İrkutsk vilayətində yerli sakin onu inzibati məsuliyyətə cəlb edən polis əməkdaşına qəzəblənib və polisin avtomobilini yandırıb.
"Hadisə mayın 4-də Bodaibo şəhərində baş verib. Əsas küçədə yerləşən evlərin sakinləri həyətdə dayanmış “Toyota Camry” markalı avtomobilin yanmasını müşahidə ediblər. Onlar yanğının yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısını alaraq tez bir zamanda alovu söndürüblər. Sonradan məlum olub ki, xarici avtomobil şəhər Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin rəisinə məxsusdur. İnsident nəticəsində avtomobil tam yanıb",- məlumatda qeyd edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının görüntülərindən istifadə edərək, şübhəlinin 38 yaşlı şəhər sakini olduğunu müəyyən ediblər.
Şübhəlini 5 ilə qədər həbs cəzası gözləyir.
Tural