Türkiyənin şimalında avtobus qəzasında 23 nəfər yaralanıb

Türkiyənin şimalında avtobus qəzasında 23 nəfər yaralanıb
06 Apr 2025 11:10

Türkiyənin şimalındakı Çorum şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 23 nəfər yaralanıb.

Bu barədə “Anadolu” məlumat yayıb.

“Adana Qızıl Portağal Çiçəyi Festivalından qayıdan şəxsləri daşıyan <…> tur şirkətinə məxsus avtobus Yozqat – Çorum şosesində Elicek kəndi yaxınlığında yoldan çıxaraq yol kənarındakı torpaq əraziyə çırpılıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, 54 nəfərin olduğu nəqliyyat vasitəsində 23 nəfər yaralanıb. Olduqları yerdə sıxılı vəziyyətdə qalan bəzi yaralılar xilasedicilər tərəfindən qurtarılıblar.

Yaralıların həyati təhlükədə olmadığı vurğulanıb.


Sizin reklam burada
Sizin reklam burada