Türkiyədə uçuşların əksəriyyəti təxirə salındı

Türkiyədə uçuşların əksəriyyəti təxirə salındı
03 Fev 2025 20:59

Fevralın 4-də Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraitinə görə Səbiha Gökçən Hava Limanından uçuşların əksəriyyəti təxirə salınıb.


News365.az xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.


“Bütün sərnişinlərə müvafiq aviaşirkətin internet saytları və zəng mərkəzləri vasitəsilə uçuşlarla bağlı son məlumatları izləmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada