Bakıda mühüm qapalı görüş və uğur.
İsrail və Türkiyə nümayəndələri arasında Bakıda bağlı qapılar arxasında əldə olunan razılıq vacibdir və bölgədəki sabitliyin açarıdır.
Türkiyə Yaxın Şərqdəki proseslərə təsir edə biləcək ən güclü dövlətdir və islamın ayaqda qalmasının bəlkə də yeganə səbəbi bu dövlətin varlığıdır. Qəzzadı son hadisələr bir daha göstərdi ki, İslam xəlifləri axırıncı dəfə o bölgələrdə xilafətin ilk əsrlərində real qüvvəyə malik idilər.
Artıq 5 əsrdir ki İslamın mərkəzi Anadolu və İstanbuldur. Vəssəlam.
İsrail bütün bunları bilir və ona görə də bu amili görməzdən gəlməməlidir. Əksinə, Türkiyənin zəiflədilməsi bölgədəki xaosa səbəb ola bilər ki, bu, nə İsrailə, nə İrana, nə Səudiyyəyə, nə Misirə lazımdır. Beləcə, yaxın perspektivdə hər kəs Türkiyə ilə dil tapmağa çalışacaq.
Öz növbəsində, İsrail də Azərbaycan üçün vacib tərəfdaşdır. İsrail ilə hərbi tərəfdaşlıq və ABŞ -dakı həmrəylik bizim üçün olduqca əhəmiyyətlidir.
Hər iki dövlətin nümayəndələri arasında görüşün Bakıda keçirilməsi Azərbaycanın diplomatiyasının birmənalı uğurudur. Bu mövzuda uğurlu diplomat olmaq isə, adın tarixə düşməsi demək