Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi Azərbaycanla bağlı dezinformasiyalar barədə məlumat yayıb.
News365.az xəbər verir ki, məlumatda deyilir:
"Son günlər bölgəmizdə baş verən hadisələrlə əlaqədar olaraq, sosial media başda olmaqla bəzi platformalarda Türkiyə-Azərbaycan münasibətlərinə və Azərbaycana qarşı məqsədini aşan tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımların edildiyi müşahidə olunur.
Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan yalnız bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderlər səviyyəsində öncülük etdiyi ikitərəfli münasibətlər hər səviyyədə “bir millət, iki dövlət” şüarı ilə davam etdirilir.
İctimaiyyətin bu qardaşlığa zərər verə biləcək məqsədini aşan ifadələrə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, kritik məsələlərdə Türkiyə və Azərbaycan rəsmilərinin verdiyi açıqlamaları nəzərə alması xüsusilə xahiş olunur".
