Türkiyə MB faiz dərəcəsini yenə endirdi

Türkiyə MB faiz dərəcəsini yenə endirdi
23 Yan 2025 21:45

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-dən 45%-ə endirib.


News365.az xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.


2024-cü ilin dekabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas dərəcəsini demək olar ki, iki ildən sonra ilk dəfə - 50%-dən 47,5%-ə endirmişdi.


Türkiyə Mərkəzi Bankı 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlamışdı.


Türkiyədə illik inflyasiya dekabrın sonunda bir ay əvvəlki 47,09%-dən 44,38%-ə enib.


Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkənin yüksək inflyasiyanın davamlı və əhəmiyyətli dərəcədə azalma dövrünə qədəm qoyduğunu bəyan etmişdi.