"Bu görüşün nəticələri bir çox qeyri- müəyyənliklərə son qoyacaq"- Cavanşir Feyziyev

"Bu görüşün nəticələri bir çox qeyri- müəyyənliklərə son qoyacaq"- Cavanşir Feyziyev
28 Fev 2025 13:26

"ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında bu gün baş tutacaq görüş tarixi əhəmiyyət daşıyır."

Milli Məclisin deputatı Cavanşir Feyziyev bunu News365.az-a açıqlamasınd deyib. 


"Bu görüşdən gözləntilər çox böyükdür. Həm Avropa, həm Rusiya və xüsusilə də Ukrayna cəmiyyəti həyəcanla bu görüşün nəticələrini gözləyir. 

Gözləntilər ilk növbədə artıq 3 ildir ki davam edən qanlı müharibənin dayandırılması ilə bağlıdır. Hər iki tərəf müharibənin dayandırılmasına tərəfdar olduğunu bəyan etsə də cəbhədə  döyüş əməliyyatları nəinki dayandırılmır, əksinə hücumlar daha aqressiv xarakter alır. Lakin müharibənin sadəcə dayandırılması da bütün problemlərin həlli demək deyil. Atəşkəsin hansı şərtlər çərçivəsində əldə olunması da həm Rusiya üçün və həm də Ukrayna və bütövlükdə Avropa üçün olduqca vacib məqamlar hesab olunur. Bu şəraitdə ABŞ prezidentinin tarixi rol oynamaq şansı var. Lakin prezident Trampın tez- tez ritorikasını dəyişməsi və Ukraynaya və Avropaya qarşı o qədər də doğru olmayan bəyanatlar səsləndirməsi müəyyən narahatlıqlar yaradır. Çox güman ki, bu günkü görüşün nəticələri bir çox qeyri- müəyyənliklərə son qoyacaq və hadisələrin gələcək mümkün inkişafı haqqında müəyyən təsəvvür yaradacaq."



Sizin reklam burada
Sizin reklam burada