DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
28 Fev 2025 18:59

Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib.


Bu barədə news365.az-a İdarədən məlumat verilib.


Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, əlverişsiz hava şəraitinin martın 2-dək davam edəcəyi, sulu qar, qar yağacağı, yolların buz bağlayacağı gözlənilir:


"Ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər fonunda qeyri-sabit hava şəraitinin davam etməsi hərəkət iştirakçılarından daha ehtiyatlı olmağı tələb edir.


DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.


Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".


Sizin reklam burada
Sizin reklam burada