“ABŞ
Prezidentinin ölkəsi tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların
müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qaşırlanmasa
da bu qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir”.
Bunu News365.az –a söhbətində Millət vəkili,
iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, 26 trilyon
dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat
zəncirində mühüm aktrlardandır:
“Ölkə
116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına
malikdir. Ukrayn titan, litium, berilyum, manqan, qallium, uran, qrafit,
apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək
lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna
malik olnmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.
Ukraynaın
malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji
kimi sənayelər üçün vacib hesab olunur. Eyni zamadan, elektrikli nəqliyyat
vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu
resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir.
Son
illər Qərb dövlətlərinin Ukrayanın malik olduğu resurslara marağı daha da yüksəlib.
Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa İttifaqı arasında
bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış
Kritik Minerallar üzrə Aİ-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş
100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin
tam ödənilməsini hədəfləyirdi.
Göründüyü
kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya
dolayı olaraq qlobal aktrların diqqətində olub. Bu arada, zəngin ehtiyatlara
malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət
edir və minimum əmək haqqı cəmi 192 dollardır”.
News365.az