Bakıya qar yağır - faktiki hava necədir?

Bakıya qar yağır - faktiki hava necədir?
28 Fev 2025 19:30

Fevralın 28-i saat 18:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən news365.az-a verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.


Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada