Tramp Zelenski ilə görüşdə söz davasına çıxdı

Tramp Zelenski ilə görüşdə söz davasına çıxdı
28 Fev 2025 22:20

Ağ evdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında qarşıdurma yaşanıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.

“Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və savaşı dayandırmaq istəyirik. Siz “mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz”, – ABŞ Prezidenti səsini ucaldaraq söyləyib.

Bundan başqa, dialoq zamanı Trampın yanında olan vitse-prezident Cey Di Vens əlavə edib: “Heç bir dəfə də olsun “sağ ol” deyibsiniz?”.


Sizin reklam burada
Sizin reklam burada