Vəzifəli şəxs istefa verdi

Vəzifəli şəxs istefa verdi
28 Fev 2025 18:30

Gəmi Təmir Tikinti ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib.


News365.az xəbər verir ki, o öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb.


ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub.


Qeyd edək ki, Gəmi Təmir Tikinti ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.



Sizin reklam burada
Sizin reklam burada