"Bu etimadı doğrultmağa çalışacağıq" - Rövşən Rüstəmov

"Bu etimadı doğrultmağa çalışacağıq" - Rövşən Rüstəmov
26 Fev 2025 09:04

Xəbər verdiyimiz kimi ötən gün Ölkə başçısının müvafiq Fərman ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADY-nin tabeçiliyinə verilib.

News365.az xəbər verir ki, bu etimadla bağlı ADY QSC-nin sədri Rövşən Rüstəmov özünün Facebook səhifəsində paylaşım edib. Həmin paylaşımda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Dəmir Yolları” QSC “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Fərmanda məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

Bu, cənab Prezidentin ADY-yə böyük etimadının göstəricisidir. ADY kollektivi olaraq bütün gücümüzlə bu etimadı doğrultmağa, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə çalışacağıq!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada