Rusiyanın müdafiə naziri Andrey Belousov diqqət çəkən açıqlamalar verib. O,“Qızıl Ulduz” medallarının təqdimetmə mərasimində Qərblə qarşıdurmada həlledici məqamın gəldiyini açıqlayıb.
“Bu gün Rusiyanın kollektiv Qərblə qarşıdurmasında həlledici məqam gəlib çatıb. İndi böyük ölkəmizin taleyi hər bir insanın, hər bir əsgərin və zabitin fəaliyyətindən asılıdır”, - deyə o bildirib.
Belousov qeyd edib ki, o, rus döyüşçülərinə inanır və onların ən çətin vəzifələri həll edə biləcəklərinə əmindir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri qondarma Donetsk Xalq Respublikasının (DXR) Daçnoye kəndini işğal edən alaya təşəkkür etmişdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural