Ukrayna böhranını həll etmək üçün Kiyevə danışıqlar masası arxasında yer vermək lazımdır. Bu barədə Almaniya kansleri Olaf Şolz X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığından sonra məlumat yayıb.
"Ukrayna sülh danışıqları masası arxasında oturmalıdır", - o vurğulayıb.
Şolzun sözlərinə görə, Avropanın təhlükəsizlik məsələləri avropalılarla müzakirə olunmalıdır.
Fevralın 21-də Şolz bildirmişdi ki, Ukraynada hərbi əməliyyatların sona çatması hələ çox uzaqdır. Ona görə də sülhməramlılar məsələsi hələ də açıqdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural