Trampın “diktator” ittihamına Ukraynadan cavab

Trampın “diktator” ittihamına Ukraynadan cavab
19 Fev 2025 23:00

Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə tab gətirdi.


News365.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.


“Ukrayna xalqı və onun Prezidenti Zelenski Putinin təzyiqlərinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”, – o bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Tramp Zelenskini diktator adlandırıb və onu seçki keçirməkdən imtina etməkdə suçlayıb.


Sizin reklam burada
Sizin reklam burada