Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Xocalı rayonunun Mehdibəyli, Almalı və Kosalar kəndlərinin su təchizatının tikintisi işlərinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1 500 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 7,329 milyon manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 11 noyabr saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 11 noyabr saat 17:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 55 225 12 31
Əlaqələndirici şəxs: Yusif Hüseynov
E-poçt: [email protected]
Ünvan: AZ1102, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev.69A