“Sadəlövh
insanlar düşünür ki, Tramp rəhmə gəldi və sərt tarif qərarını 90 gün təxirə
saldı. Xeyr! Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində
ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Bəli, cəmi 10 dəqiqə”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, amma müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək
lazımdır:
“Siyasətdə
4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir.
Ölümcül
virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir.
Amma
bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.
Trump
öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar
çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır.
Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur.
Bu
hadisə bir daha sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən
ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani
effekt yarada bilmir.
Beləliklə,
müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində,
universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri
artıq işləmir. Artıq dünyanın yeni Adam Smitlərə, Devid Rikardolara, Con Millərə,
Con Keynslərə və yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var”.
News365.az