Trampa impiçment elan oluna bilər

Trampa impiçment elan oluna bilər
24 İyn 2025 21:00

ABŞ-də Demokratlar Partiyasının Texasdan olan konqresmeni El Qrin qanunvericilərlə məsləhətləşmədən İrana zərbələr endirilməsi ilə bağlı qərar vediyinə görə Prezident Donald Trampın impiçmentinə dair qətnamə irəli sürüb.

News365.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Qrin ABŞ Konstitusiyasının Konqresə başqa ölkələrə müharibə elan etmək səlahiyyəti verən 1-ci maddəsinin, 8-ci bölməsinin, 11-ci bəndinə istinad edir.

Qətnamədə deyilir ki, Trampın İrana zərbə endirmək qərarı ABŞ üçün bilavasitə təhlükə olmadığı halda səlahiyyətdən sui-istifadədir.

Qrinin fikrincə, bu, ABŞ demokratiyasının pisləşməsinə və avtoritarizmin bərqərar olmasına töhfə verir.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ təyyarələri İranda Fordo, Natanz və İsfahana şəhərlərindəki üç nüvə obyektinə zərbələr endirib.


Sizin reklam burada
Sizin reklam burada