Bu ölkədə kütləvi etirazlar başladı

Bu ölkədə kütləvi etirazlar başladı
10:08

Macarıstanda uşaq istismarına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Nümayişçilər Dunay çayının o tayındakı Pestin mərkəzindən baş nazir Viktor Orban və onun müttəfiqi prezident Tamaş Suljokun ofislərinin yerləşdiyi Buda qalasına qədər yürüş ediblər.

Etiraz aksiyasını müxalifət lideri Peter Magyar təşkil edib. Onun Tisza partiyası hazırda parlament seçkilərindən əvvəl keçirilən rəy sorğularında liderlik edir. Çıxışı zamanı o, hökuməti dövlət himayəsində olan uşaqları qorumamaqda günahlandıraraq Orbanı istefa verməyə çağırıb.

Etirazlar bu həftənin əvvəlində tarixi qeyd olunmamış videonun yayılmasından sonra başlayıb. Videoda Budapeştdəki yetkinlik yaşına çatmayanlar üçün islah müəssisəsinin o vaxtkı rəhbərinin uşaqlara qarşı zorakılıq etməsi, xüsusən də yerdə birini yerə yıxaraq döyməsi, digərinin başını masaya çırpması göstərilir.

Hadisə ictimaiyyətə açıqlandıqdan sonra məmur istefa verib və həbs edilib. Polis həmçinin müəssisəyə basqın edib və bir neçə nəfəri saxlayıb.

Hökumətin cavabı tənqid dalğasına səbəb oldu. Rəsmilər yetkinlik yaşına çatmayanları cinayətkar kimi göstərməyə çalışıblar. Hökumətyönlü "Mandiner" nəşrinə verdiyi müsahibədə Orban mahiyyət etibarilə bu mövqeyi təkrarladyıb və qeyd edib ki, hətta məhkum edilmiş məhbuslara qarşı da zorakılıq qəbuledilməzdir.

Müxalifət bu cür açıqlamaları məsuliyyətin qurbanların üzərinə atılması kimi qiymətləndirib.

Bloomberg bu yaxınlarda Viktor Orbanın genişləndirilmiş səlahiyyətlərlə Macarıstan prezidenti olmaq istədiyini yazıb. Media mənbəyi bildirib ki, Orban ötən ay Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən sonra prezidentlik sistemi məsələsini qaldırıb və planın "həmişə müzakirə olunduğunu" bildirib.

Prezident kimi Orban Brüssellə bir neçə illik qarşıdurmadan sonra Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağı planlaşdıran müxalifətdəki Tisza partiyasının lideri Peter Magyarın səlahiyyətlərini məhdudlaşdıra biləcək.

Məlum olduğu kimi, Macarıstanda dövlət başçısına səs verən parlamentdir. Hazırkı prezident Tamaş Sülek 2029-cu ildə, yəni səlahiyyət müddəti bitdikdə vəzifəsindən ayrılmalıdır.

Nəşr bildirir ki, dekabrın 10-da Orbanın partiyasının çoxluğa sahib olduğu Macarıstan parlamenti qanunvericilərin gələcəkdə prezidenti vəzifədən uzaqlaşdırmasını çətinləşdirən qanun layihəsini təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada