Tramp Zelenskini tacir adlandırdı - VİDEO

Tramp Zelenskini tacir adlandırdı - VİDEO
10:40

Ukrayna lideri Volodimir Zelenski keçmiş prezident Cozef Baydenin dövründə ABŞ-ni Kiyevə davamlı maliyyə yardımı göstərməyə inandırmaqla özünü "əla alverçi" olmasını sübut etdi. Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

"Dörd gün ərzində Ukraynaya qoyduğumuz xərcdən 12 dəfə çox gəlir gətirdim... Mən Zelenski hər gələndə 60 milyardlıq çekin havaya uçub getməsinə nifrət edirdim. O, əla treyderdir(Ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir-red.). Hətta məndən də qat-qat yaxşı treyderdir",- Tramp deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada