ABŞ-də Məxfi Xidmət Federal Təhlükəsizlik Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komini sorğu-sual edib. Buna səbəb Kominin paylaşdığı foto olub. Fotoda ABŞ prezidenti Donald Trampa sui-qəsd üçün şifrəli çağırış olduğu güman edilən “8647” rəqəmi şəklində düzülmüş balıqqulaqları əks olunub. Bu barədə “The New York Times” yazıb.
Amerikanın "Merriam-Webster" lüğətinə görə, "86" rəqəminin jarqon mənası "çıxarmaq, qovmaq" deməkdir. 47 mesajına gəldikdə isə Tramp ABŞ-nin 47-ci prezidentidir. Kominin balıq qulaqları ilə çəkdiyi foto ictimaiyyətin geniş marağına səbəb olub. Məhz bu səbəbdən o, fotonu paylaşdığı sosial media saytlarından yığışdırıb.
"Bəzi insanların bu rəqəmləri zorakılıqla əlaqələndirəcəyini bilmirdim. Bu, heç ağlıma da gəlməzdi. Amma mən hər cür zorakılığın əleyhinəyəm, ona görə də paylaşdığım postu sildim”, - deyə Komi İnstaqram səhifəsində hadisəni şərh edərkən yazıb.
Qeyd olunur ki, Komi könüllü olaraq dindirilməyə razılaşıb və Vaşinqtondakı Məxfi Xidmətin ofisinə özü gəlib.
Tural