Rusiyanın "Dnepr" hərbi qruplaşması Ukrayna Silahlı Qüvvələrinin (VSU) şəxsi heyətinin yerini müəyyənləşdirib və pilotsuz təyyarələrin buraxılış məntəqəsini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
“Ukraynalı yaraqlıların yerləşdiyi yerin koordinatları D-30 ekipajının mövqeyinə ötürülüb”, - məlumatda deyilir.
Nazirliyin yaydığı məlumata görə, şəxsi heyətin koordinasiyalı və çevik hərəkətləri hədəfin dəqiq vurulmasına kömək edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural