ABŞ Prezidenti Donald Tramp 50%-ə qədər tariflərin tətbiqi ilə bağlı verdiyi fasilə qərarını vətəndaşlar arasında həddindən artıq narahatlığın yaranması ilə izah edib. Bu barədə “The New York Times” məlumat yayıb.
Onun sözlərinə görə, “insanlar gərgin olmağa başladılar”, həddindən artıq panikaya düşdülər və “bir az da qorxmağa” başladılar.
Tramp əlavə edib ki, tariflərin tətbiqi qərarından sonra bazardakı vəziyyət “olduqca acınacaqlı”dır.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skot Bessent bildirmişdi ki, Birləşmiş Ştatlar ticarət tərəfdaşları ilə danışıqlar aparmaq üçün artırılmış tarifləri 90 gün müddətinə dayandırıb.
Bir müddət öncə Tramp ABŞ-nin 75-dən çox ölkəyə tətbiq etdiyi tarifləri dayandırdığını açıqlamışdı. Bundan əlavə, o, ABŞ-nin Çinə qarşı tarifləri dərhal 125%-ə qaldıracağını bildirib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.
Tural