Ukrayna ATƏT-in təcili iclasını çağırdı

Ukrayna ATƏT-in təcili iclasını çağırdı
07 Apr 2025 21:45

Ukrayna Rusiyanın Krivoy Roqa raket zərbəsi endirməsi ilə əlaqədar ATƏT-in təcili iclasını çağırıb.


News365.az xəbər verir ki, bu barədə Ukraynanın ATƏT-dəki nümayəndəsi Yuri Vitrenko məlumat verib.


O, ATƏT-in növbədənkənar iclasının aprelin 8-də keçiriləcəyini bildirib.


Qeyd edək ki, aprelin 4-də Rusiya Krivoy Roqa ballistik raketlərlə və PUA-larla hücum edib. Nəticədə xeyli sayda insan ölüb və yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada