Tramp Putindən narazıdır

Tramp Putindən narazıdır
03 Yan 2026 23:40

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən məmnun olmadığını bildirib.

News365.az xəbər verir ki, bu barədə ABŞ lideri mətbuat konfransı zamanı danışıb.

"Mən Putindən məmnun deyiləm. O, çoxlu insan öldürür", - Tramp Putinlə son telefon danışığı zamanı Venesueladakı vəziyyəti müzakirə edib-etmədiyi barədə sualı cavablandırarkən bildirib.

O əlavə edib ki, bu müharibəni Baydendən miras alıb, lakin Ukraynadakı müharibənin sülh yolu ilə həllində irəliləyiş əldə etməyə ümid edir.

"Əgər bizim insanlar Ukrayna ilə Rusiya arasındakı müharibədə iştirak etsəydilər, bu müharibə çox uzun sürməzdi. Amma hazırda ora qan gölüdür", - deyə ABŞ prezidenti bəyan edib.

Tramp həmçinin Putindən qorxmadığını da bildirib.


Sizin reklam burada
Sizin reklam burada