Tramp Netanyahuya “dəli” deyib?

Tramp Netanyahuya “dəli” deyib?
21:20

ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benjamin Netanyahu ilə telefon danışığında onu “dəli” adlandırdığını təsdiqləyib.

News365.az-ın “Reuters”ə istinadla verdiyi  xəbərinə görə, Tramp bildirib ki, ABŞ İranla hərbi əməliyyatların dayandırılması istiqamətində danışıqlar apardığı vaxt İsrailin Livandakı əməliyyatlarının genişlənməsindən narahat olub. O, Netanyahu ilə sərt və emosional telefon danışığı apardığını etiraf edib.  

Tramp deyib ki, Netanyahu ilə münasibətləri yaxşı olaraq qalır, lakin Livandakı davamlı hərbi əməliyyatlar onu narahat edib. Məlumata görə, telefon danışığı zamanı ABŞ administrasiyası İsrailin addımlarının İranla danışıqlara mənfi təsir göstərə biləcəyindən ehtiyatlanıb.



Sizin reklam burada
Sizin reklam burada