Quşla toqquşan təyyarə geri qayıtdı

Quşla toqquşan təyyarə geri qayıtdı
29 Noy 2026 22:00

EW 9558 saylı reys üzrə Tenerifeyə uçan sərnişin təyyarəsi quş dəstəsi ilə toqquşmadan sonra Düsseldorf hava limanına geri dönüb.


News365.az xəbər verir ki, təyyarə havaya qalxdıqdan dərhal sonra pilotlar mühərriklərdən birində vibrasiya aşkar ediblər. Təhlükəsizlik məqsədilə hava limanına qayıtmaq qərarı verilib.


A321 tipli təyyarənin göyərtəsində 152 sərnişin olub. Təyyarə Düsseldorf hava limanına təhlükəsiz eniş edib. Onun texniki vəziyyəti yoxlanılacaq.


Qeyd edək ki, təyyarənin məxsus olduğu Almaniyanın "Eurovings" aviaşirkəti sərnişinlərin səfərini davam etdirməsi üçün ehtiyat təyyarə təqdim edib.


Sizin reklam burada
Sizin reklam burada