Tanınmış müğənni komaya düşdü

Tanınmış müğənni komaya düşdü
29 Noy 2026 23:00

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.


News365.az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı onun dostları məlumat yayıb. Bildirilib ki, sənətçinin vəziyyəti ağırdır və o, ötən gündən komadadır. Onun səhhətindəki problem açıqlanmayıb.


Bloger Fidan Zeyni də Vaqif Şıxəliyevin vəziyyəti ilə bağlı paylaşım edib. O, müğənni ilə bağlı paylaşıma “Dünəndən komadan ayılmırmış” sözlərini yazıb.


Sənətçinin qaynı bildirib ki, V.Şıxəliyevin yayda ürəyinə angioqrafiya olunub və vəziyyəti yaxşı olub:


“Bir həftə əvvəl ürəyində problem yarandı, həkimə getdi, dedilər yaxşıdır. Ötən gün səhər ürəyi dayanıb, 10 dəqiqə bu vəziyyətdə qalıb. Ürək masajı ilə onu geri qaytarıblar. Beyni oksigensiz qaldığı üçün komaya düşüb. Hazırda süni tənəffüs aparatına qoşulub.


Biz özəl klinikanın xərclərini ödəyə bilmirik. Onu Yeni Klinikaya köçürmək istəyirik, amma deyirlər ki, yer yoxdur. Bizə yardım etsinlər”.


Sizin reklam burada
Sizin reklam burada