Netanyahu və Ayzenkot arasında fikir ayrılığı...

Netanyahu və Ayzenkot arasında fikir ayrılığı...
29 Noy 2026 20:00

Benyamin Netanyahu ilə Qadi Ayzenkot arasında hökumətin formalaşdırılmasına dair danışıqlar fikir ayrılığı ilə nəticələnib.


News365.az xəbər verir ki, bu barədə "Kan 13" məlumat yayıb.


"İsrailin baş naziri ilə müxalifət nümayəndəsi arasında keçirilən görüş bir saatdan çox davam etsə də, tərəflər mövqelərini yaxınlaşdıra bilməyiblər", - məlumatda deyilib.


Qeyd edək ki, danışıqlar oktyabrın 27-də keçirilən seçkilərdən sonra parlamentdə yaranmış siyasi dalan fonunda aparılır. Seçkilərin nəticələrinə görə, heç bir blok hökumət qurmaq üçün 120 yerlik Knessetdə adi üstünlük - 61 yer əldə edə bilməyib: Netanyahu Bloku 53, Ayzenkot Bloku isə 48 mandat qazanıb. Ərəb partiyaları isə 19 deputat əldə edib. Netanyahu ərəb partiyaları ilə birgə hökumət qurmamaq üçün Ayzenkota da çağırış edib.


Sizin reklam burada
Sizin reklam burada