Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı

Tramp “Hilton” otelində atəş açan şəxsin FOTOSUNU yaydı
09:19

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı “Hilton” otelində keçirilən tədbirdə atəş açdığı bildirilən şəxsin fotosunu yayıb.

Söhbət 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allendən gedir.

Məlumata görə, o, Ağ Ev müxbirləri assosiasiyasının qəbulunda ov tüfəngi ilə ABŞ Məxfi Xidmətinin agentinə atəş açıb. Hadisə zamanı agentin xəsarət aldığı, lakin gülləkeçirməz jilet sayəsində ağır yaralanmadan xilas olduğu bildirilir.

Trampın yayımladığı fotolarda üst geyimi olmayan kişinin yerdə uzandığı, əllərinin isə arxadan bağlandığı görünür.

Qeyd edək ki, insidentdən sonra Prezident Donald Tramp tədbirdən təxliyə olunub, şübhəli şəxs isə saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 


Sizin reklam burada
Sizin reklam burada