Tramp həbsxanada işgəncə gördüyünü iddia etdi

Tramp həbsxanada işgəncə gördüyünü iddia etdi
25 İyn 2024 00:43

ABŞ-nin sabiq prezidenti Donald Tramp 2023-cü ildə Atlanta həbsxanasında “işgəncələrə məruz qaldığını” deyib.

Bu barədə “Washington Post” məlumat yayıb.

Xatırladaq ki, keçən ilin avqustda Tramp rəsmi həbs üçün Fulton qraflığının həbsxanasına göndərilib.

Tramp ittiham olunduqdan sonra ona qarşı qeyri-etik və zorakı rəftar edildiyini deyib:

“İstəyirəm ki, onların mənə etdiklərini xatırlayasınız. mənə işgəncə verdilər və bundan sonra icazəsiz şəkillərimi çəkdilər”.


Youtube kanalımız

Oxşar xəbərlər