Tramp ABŞ-nin Kiyevə yardımı ilə bağlı sualı "qəribə" adlandırdı

Tramp ABŞ-nin Kiyevə yardımı ilə bağlı sualı "qəribə" adlandırdı
08:50

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukraynanın bərpasında iştiraka hazır olması ilə bağlı sualı qəribə sorğu adlandırıb. Bu barədə C-SPAN məlumat yayıb. Siyasətçi Ağ Evdəki danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında bildirib ki, ABŞ artıq Ukraynaya milyardlarla dollar yardım edib.

“Məncə, bu, bir az qəribə sualdır. Çünki siz ABŞ adından Ukraynanın yenidən qurulmasına töhfə verib-verməyəcəyimizi soruşursunuz”,- o qeyd edib.

O əlavə edib ki, ABŞ artıq Ukraynaya təxminən 350 milyard dollar sərmayə qoyub ki, bu da kifayət qədər böyük töhfədir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada