Biləsuvarda dəm qazından zəhərlənənlərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən News365.az-a bildirilib ki, dəm qazından zəhərlənmə şübhəsilə 6 nəfər (5-i qadın, 1-i kişi olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Biləsuvarda evdə dəm qazından kütləvi zəhərləniblər.
News365.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayeva, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.