“Rusiya 2022-ci il bəyanatının tələblərini pozur” Politoloqdan şərh

“Rusiya 2022-ci il bəyanatının tələblərini pozur” Politoloqdan şərh
16:06

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq əsasında qurulsa da, son dövrlərdə bu prinsiplər Rusiya tərəfindən pozulur.

Bu fikirləri politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib.

O xatırladıb ki, 2022-ci il fevralın 22-də – Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir gün öncə – Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı fəaliyyətə dair 43 maddəlik sənəd imzalanıb. Lakin həmin sənədin müddəalarının pozulması halları daha çox Rusiya tərəfindən müşahidə olunur:

“Azərbaycan hərbi təyyarəsinin vurulması, nəticədə vətəndaşlarımızın həlak olması, bu hadisə ilə bağlı heç bir araşdırmanın aparılmaması, həmçinin Azərbaycanın informasiya məkanına kiberhücumların təşkil olunması bu sənədin pozulmasıdır. Eləcə də Rusiyada – başda Yekaterinburq olmaqla – azərbaycanlılara qarşı etnik zorakılıqların təşkil olunması və rəsmi dairələrin bununla bağlı mövqe bildirməməsi narahatlıq doğurur,” – deyə politoloq bildirib.

Bəşirov əlavə edib ki, Rusiya mediası və bəzi rəsmi şəxslər tərəfindən səsləndirilən anti-Azərbaycan ritorikası da ikitərəfli münasibətlərə ciddi zərbə vurur.

“Əgər Rusiya, doğrudan da, 2022-ci il bəyanatının imzalandığı dövrdəki münasibətlərə qayıtmaq istəyirsə, Azərbaycanın haqlı və açıq tələblərinə əməl etməlidir,” – deyə politoloq qeyd edib


Sizin reklam burada
Sizin reklam burada