Eks-naziin intiharı Putini şoka salıb

Eks-naziin intiharı Putini şoka salıb
15:16

Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starlovoytun intihar etməsi Kreml rəhbərliyini şoka salıb.

News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda intihar hadisəsilə bağlı istintaq gedir, ona gər də eks-nazirin ölümü ilə bağlı bütün suallara cavab vermək mümkün deyil.

"Bu hadisə normal insanları şok etməyə bilməz. Təbii ki, bizi də şoka saldı”.

İyulun 7-də Rusiya prezidenti Vladimir Putin Roman Starovoytin nəqliyyat naziri postundan ezad edilməsilə bağlı sərəncam imzalayıb.

Sərəncamdan az sonra sabiq nazirin Moskva vilayətinin Odintsovo City rayonunda cəsədi tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, Starovoyt 2023-cü ildə Daxili İşlər Nazirliyindən alınan mükafat silahı ilə intihar edib.


Sizin reklam burada
Sizin reklam burada