Tovuzda piyadanı maşın vurub

Tovuzda piyadanı maşın vurub
13 Dek 2025 21:40

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1996-cı il təvəllüdlü E. Qiyaslını vurub.

Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada