Bakıda dönər paylanması ilə bağlı aksiya böyük izdihamla müşayiət olunub.
News365.az xəbər verir ki, məlumata görə, paytaxtın Hövsan qəsəbəsi ərazisində dönərin pulsuz paylanacağı barədə məlumat yayıldıqdan sonra çoxsaylı insan həmin məkana axışıb. Qısa müddət ərzində ərazidə böyük insan sıxlığı yaranıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə insanın pulsuz dönər almaq üçün növbəyə dayandığı və ərazidə sıxlıq yarandığı görünür. Hadisə qısa zamanda geniş müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər belə aksiyaların insanlara dəstək məqsədi daşıdığını qeyd etsə də, digərləri böyük izdihamın yaranmasının təhlükəsizlik baxımından riskli ola biləcəyini bildiriblər.
Həmin görüntnü təqdim edirik: