İranda bu foto-videonu yayanlar həbs edildi

İranda bu foto-videonu yayanlar həbs edildi
14:31

Xarici mediaya hava hücumlarına məruz qalan yerlərdən foto, video və məlumatlar göndərən bir neçə nəfər həbs edilib.

News365.az xəbər verir ki, bu barədə İranın Yəzd Prokurorluğu məlumat yayıb.

“İsrailin ölkənin bəzi yerlərinə hücumundan sonra əsgərlərin və silahların hərəkəti və yerləşdirilmə yeri ilə bağlı məlumatlar da daxil olmaqla, xarici media orqanlarına şəkil və məlumat göndərməyə cəhd edən bir neçə şübhəli təhlükəsizlik məmurları tərəfindən həbs edilib”, - məlumatda qeyd olunub.

Həbs olunanların sayı, şəxsiyyəti və ya harada saxlanıldıqları açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada