Orbanın Putindən bircə fərqi var: raket atmır!

Orbanın Putindən bircə fərqi var: raket atmır!
13:28

Viktor Orbanın Vladimir Putinlə fərqi ondadır ki, o, Ukraynaya raket atmır.

News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Moskvaya qarşı bütün sanksiyaları bloklayıb, Macarıstandan silahların tranzitinə və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olub. O, pulu, silahları, AB-yə gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin Rusiyanın hekayələrini təbliğ edir. O, Rusiya liderinin tərəfindədir. Bu gün onun etmədiyi tək şey ərazilərimizə raketlər və ya dronlarla hücum etmək və əsgərlərini göndərməməkdir”, - Zelenski bildirib.


Sizin reklam burada
Sizin reklam burada