Ukrayna Almaniya ordusunun məktəblərinə hərbi təlimatçılar göndərəcək. Məqsəd Rusiyaya qarşı cəbhədə əldə olunan döyüş təcrübəsini bölüşməkdir.
News365.az xəbər verir ki, bu barədə Almaniya ordusunun baş komandanı açıqlama verib.
Onun sözlərinə görə, ukraynalı təlimatçılar Almaniya hərbçilərinə müasir döyüş taktikası və cəbhə təcrübəsi barədə biliklərini ötürəcəklər.