Rusiya Federasiyasının 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin Apellyasiya Kollegiyası Moskva Şəhər Məhkəməsində keçirilən səyyar iclasda “Crocus City Hall” konsert zalında törədilən terror aktının birbaşa icraçılarını ömürlük həbs cəzasına məhkum edib.
News365.az xəbər verri ki, bu barədə RBK məlumat verib.
Qeyd edilib ki, Şamsidin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Saidəkram Racabolizodanı xüsusi rejimli koloniyada cəza çəkməklə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Onlar cəzanın bir hissəsini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəza koloniyasında çəkəcəklər.
Bundan əlavə, məhkəmə hər birinə 990 min rubl məbləğində cərimə də təyin edib.