Bu ölkədə hərbi helikopter qəzaya uğradı

Bu ölkədə hərbi helikopter qəzaya uğradı
12:29

Səudiyyə Ərəbistanının Nəcran bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində iki ekipaj üzvü həyatını itirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, AH-6i tipli kəşfiyyat helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Hadisə Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyinin nəzarətində olan ərazidə baş verib./apa


Sizin reklam burada
Sizin reklam burada