Salyanda ağır qəza: ölən var

Salyanda ağır qəza: ölən var
16:21

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nicat Şahbala oğlu Nəcəfovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri – 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M.Mikayılov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada