Almaniya aeroportunda HƏYƏCAN: Leypsiqdə sərhəd çəpəri yarılıb, uçuşlar dayandırıldı!

Almaniya aeroportunda  HƏYƏCAN: Leypsiqdə sərhəd çəpəri yarılıb, uçuşlar dayandırıldı!
13:40

Almaniyanın Saksoniya torpağındakı Leypsiq/Halle beynəlxalq hava limanında təhlükəsizlik rejiminin pozulması ilə bağlı növbəti insident qeydə alınıb.

Oktyabrın 18-nə keçən gecə aeroportun şimal hissəsində uçuş-eniş zolağının ətrafındakı təhlükəsizlik çəpərinin yarılaraq zədələndiyi müəyyən edilib.Baş vermiş insident səbəbindən aeroportun şimal uçuş-eniş zolağının fəaliyyəti təcili olaraq müvəqqəti dayandırılıb. Məlumata görə, "Amazon" şirkətinə məxsus yük təyyarələri məcburi şəkildə cənub zolağında eniş etməli olublar. Hadisə yerinə dərhal Almaniyanın Federal Polisi və Saksoniya yerli polis qüvvələri cəlb olunub.   

Polisin rəsmi nümayəndəsi bəyan edib: "Yüksək ehtimalla çəpəri müəyyən bir avtomobil yararaq əraziyə daxil olub. Lakin ərazidə keçirilən ilkin axtarışlar zamanı nə həmin nəqliyyat vasitəsini, nə də aeroport ərazisində qanunsuz bulunan kənar şəxsləri tapmaq mümkün olmayıb". 

 "Bild" nəşrinin əldə etdiyi məlumata görə, çəpərin yarıldığı hissə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra uçuşlarına qadağa qoyulan və stasionar saxlanılan Rusiyaya məxsus 3 yük təyyarəsinin dayandığı zonaya kəskin yaxındır. Polisin ərazidəki axtarış və təhqiqat tədbirləri davam edir.


Sizin reklam burada
Sizin reklam burada