Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı

Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
18 Okt 2026 14:41

Fransada baş verən kütləvi iğtişaşlar zamanı saxlanılanların sayı 1800 nəfərə yüksəlib.

Bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

O bildirib ki, hazırda hüquqazidd əməllər törədənlərin müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır:

“Yüzlərlə sahibkara dəyən maddi ziyan kifayət qədər böyükdür”.

Nazirin sözlərinə görə, toqquşmalar və iğtişaşlar zamanı 500-dən çox polis, jandarma və yanğınsöndürən xəsarət alıb.


Sizin reklam burada
Sizin reklam burada