Fransanın "Yaşıllar" Partiyasının lideri Marin Tondelye (Marine Tondelier) şənbə günü ölkə miqyasında keçirilən kütləvi etiraz aksiyaları zamanı hüquq-mühafizə organlarının fəaliyyətini "tam uğursuzluq" adlandıraraq, Daxili İşlər naziri Loran Nunyesin (Laurent Nuñez) istefasını tələb edib.
Bu barədə France 24 telekanalı məlumat yayıb.
Marin Tondelye bəyan edib ki, Daxili İşlər naziri əhalinin və əmlakın mühafizəsini əvvəlcədən lazımi səviyyədə təmin edə bilməyib və baş verən hadisələrin miqyasını açıq-aşkar qiymətləndirməyib.
"Yaşıllar" lideri DİN rəhbərini bütöv şəhərləri "qarətçilərin insafına buraxmaqda", eyni zamanda polisin dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməsinə göz yummaqda günahlandırıb.