“Torpaq, su və Qarabağ məsələləri hələ də aktualdır” - Tahir Kərimli

“Torpaq, su və Qarabağ məsələləri hələ də aktualdır” - Tahir Kərimli
12:11

Son günlər ölkədə iqtisadi və sosial sahələrdə baş verən problemlər diqqət mərkəzindədir. Xüsusilə təhsil, torpaq-su resursları və Qarabağ məsələləri vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir.

News365.az xəbər verir ki, Tv365 kanalına qonaq olan sabiq millət vəkili ölkədə iqtisadi və sosial məsələlərlə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, hazırda təhsil, torpaq və su resurslarının idarə olunması sahəsində problemlər mövcuddur və bu məsələlər dövlət rəhbərliyinin diqqətini cəlb etməlidir.

Millət vəkili vurğulayıb ki, bəzi məsələlər sistemsiz yanaşmalar nəticəsində səsvermədə və qərarvermədə gecikmələrə səbəb olur. “Məsələn, vaxtilə mən bir məsələ qaldırdım, amma düzgün qurulmayan sistem səbəbindən lazımi dəstək toplamaq mümkün olmadı. İndi isə həmin səs sayı dəyişib və məsələlər daha geniş təsir göstərir” – deyə o qeyd edib.

O həmçinin Qarabağ bölgəsi ilə bağlı mövcud vəziyyətə diqqət çəkərək bildirib ki, torpaq və su resurslarının istifadəsi ilə bağlı qərarlar hələ də əhəmiyyətlidir: “20 min torpaq, 40 hektar artıq suvarma suyu deməkdir. Bu məsələlər düzgün şəkildə həll edilməlidir, əks halda dövlət vətəndaş qarşısında izahat verməli olacaq”.

Sabiq deputat əlavə edib ki, iqtisadi çətinliklər və bahalaşma vətəndaşların gündəlik həyatına təsir edir, hökumət tərəfindən görülən tədbirlər isə onların yükünü yüngülləşdirməlidir. O, həmçinin vurğulayıb ki, ölkənin təhlükəsizliyi və sabitliyi üçün qonşu ölkələrdə baş verən proseslər diqqətlə izlənilməlidir.

Millət vəkili bildirib ki, məqsəd vətəndaşların rifahını qorumaq və dövlət quruluşunu gücləndirməkdir, həmçinin Azərbaycanın maraqları hər zaman prioritet olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada